Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilən “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” əsasnaməyə müvafiq olaraq prokurorluq orqanlarına işə qəbulla əlaqədar 100 ştat vahidi üzrə 6 yanvar 2011-ci il tarixdə elan olunan müsabiqəyə yekun vurulub.
Baş Prakurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib ki, müsabiqə elan edildikdən sonra Respublika Prokurorluğunda əlavə ştat vahidlərinin təsis edilməsi, habelə digər obyektiv səbəblərə görə vakant vəzifələrin sayının artması nəzərə alınmaqla, müsabiqəyə çıxarılan ştat vahidlərinin sayı qismən artırılıb. Müsabiqənin test və yazılı imtahan mərhələlərinin davamı olaraq 2011-ci il avqustun 18-dən 26-dək Baş Prokurorluğun müsabiqə komissiyası tərəfindən 136 namizədin hazırlıq səviyyəsi, dünyagörüşü, məntiqi düşünmə qabiliyyəti və prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərini müəyyən etmək məqsədilə keçirilən müsahibə nəticəsində 108 gənc hüquqşünas “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi Qaydaları” ilə müəyyənləşdirilən keçid balını toplaya biliblər. Onlardan 69-u müsabiqədə ilk dəfə, 39-u isə təkrar iştirak edənlər olublar. Namizədlərin əksəriyyəti Bakı Dövlət Universitetinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunlarıdı.
Prakurorluqdan o da bildirilib ki, builki nəticələr də nəzərə alınmaqla 2002-ci ildən başlayaraq tam şəffaf və ədalətli prosedurlar əsasında keçirilən müsabiqələr nəticəsində prokurorluq orqanlarında qulluğa qəbul edilən 499 gənc hüquqşünas hazırda Azərbaycan Respublikası Prokurorluğunun kadr korpusunun 50 faizini təşkil edir. Əvvəlki müsabiqələrin yekunlarına görə işə qəbul edilən gənclər müxtəlif sahələrdə səmərəli fəaliyyət göstərməklə, onların bir çoxu rəhbər və yuxarı təsnifatlar üzrə müvafiq vəzifələrə irəli çəkiliblər.
Prokurorluq orqanlarında qulluğa qəbul olunmaq üçün keçid balını toplayan namizədlər 1 sentyabr 2011-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcəklər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə alan gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant vəzifələrə stajor qismində təyin ediləcəklər.
Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı:
№ |
Soyadı, adı, atasının adı
|
1. | Abdullayev Abdulla Münasib oğlu |
2. | Abdullayev Bədir Əmir oğlu |
3. | Abdullayev Qüdrət İzzət oğlu |
4. | Ağayev Kənan Balabəy oğlu |
5. | Ağayev Ruslan Fəda oğlu |
6. | Allahverdi Tural Məmməd oğlu |
7. | Allahverdiyev Şamil Sahib oğlu |
8. | Aslanova Xəyalə Əlyəsə qızı |
9. | Babayev Əli İbrahim oğlu |
10. | Baqiyev Tamirlan Nəsimi oğlu |
11. | Bayramov Coşqun Şahin oğlu |
12. | Bayramov Eltun İsrail oğlu |
13. | Bayramzadə Əsgər Xanlar oğlu |
14. | Bəşirov Əyyub Qabil oğlu |
15. | Cabbarov Cabbar Əli oğlu |
16. | Cahangirov Emin Elcan oğlu |
17. | Cəlilov Pərviz Akif oğlu |
18. | Eyyubov Elmar Bayram oğlu |
19. | Əhmədli Günay Baba qızı |
20. | Əhmədli Vüqar Ədalət oğlu |
21. | Əhmədov Fuad Səlim oğlu |
22. | Əhmədov Kamal Ələkbər oğlu |
23. | Əhmədov Rövşən Şirindil oğlu |
24. | Əhmədov Telman Akif oğlu |
25. | Əkbərov Araz Məhəmməd oğlu |
26. | Ələkbərov Valeh Həsən oğlu |
27. | Ələsgərov Elvin Əvəz oğlu |
28. | Ələsgərov İlkin Şakir oğlu |
29. | Əliyev Azad Əhliman oğlu |
30. | Əliyev Elmir Həsən oğlu |
31. | Əliyev Eynur Etibar oğlu |
32. | Əliyev Əvəz İlqar oğlu |
33. | Əliyev Hafiz Samir oğlu |
34. | Əliyev Mətləb İsrayıl oğlu |
35. | Əliyev Ramil Firudin oğlu |
36. | Əliyev Vətən Kamal oğlu |
37. | Əliyev Yusif Tofiq oğlu |
38. | Əmirquliyev Ağahüseyn Feyruz oğlu |
39. | Əsgərov Rəşad Nazim oğlu |
40. | Əsgərov Seymur Vilayət oğlu |
41. | Əsgərov Vasif Mətləb oğlu |
42. | Əyyubov Arif Vahid oğlu |
43. | Fətəliyev Emin Mirzə oğlu |
44. | Hacıyev Orxan Tofiq oğlu |
45. | Hacıyev Rəcəb İbrahim oğlu |
46. | Hacıyev Tural Fətulla oğlu |
47. | Haqverdiyev Anar Aftandil oğlu |
48. | Haqverdiyev Tural Oqtay oğlu |
49. | Həmidov Üzeyir Həmid oğlu |
50. | Hüseynov Əbülfəz Hüseyn oğlu |
51. | Hüseynov Fərid Vilayət oğlu |
52. | Hüseynov Hüseyn Nizami oğlu |
53. | Hüseynov Xaliq Nazim oğlu |
54. | Hüseynov İlyas Zakir oğlu |
55. | Xankişiyev Röyal Aydın oğlu |
56. | Xasiyev Kamal Məhəmməd oğlu |
57. | İsgəndərov Rəşad Çingiz oğlu |
58. | İsmayılov Orxan Nadir oğlu |
59. | Kazımov Mahir Tahir oğlu |
60. | Kərimli Samirə Yusif qızı |
61. | Qaloyev Əmir Vəkil oğlu |
62. | Quliyev Elçin Çapay oğlu |
63. | Quliyev Orxan Rasim oğlu |
64. | Qulubəyli İlkin Nizami oğlu |
65. | Qurbanov Emil Nizami oğlu |
66. | Qurbanov Yunis Xosrov oğlu |
67. | Mahmudov Samir Alı oğlu |
68. | Mehdiyev Elgiz Azər oğlu |
69. | Məmmədli Günay Hüseynxan qızı |
70. | Məmmədli Rəşad Təvəkkül oğlu |
71. | Məmmədova Şəbnəm Nəriman qızı |
72. | Məmmədzadə Vüqar İlham oğlu |
73. | Mirişov Fərid Fərhad oğlu |
74. | Mirzəyev Samir Barxudar oğlu |
75. | Musayev Aqil Əlisa oğlu |
76. | Musayev Asim Zakir oğlu |
77. | Musayev Elməddin Şərif oğlu |
78. | Mürsəlov Elşən Xıdır oğlu |
79. | Nağıyev Anar Adil oğlu |
80. | Nağıyev Həsən Asəf oğlu |
81. | Nəbiyev Tural Hüseyn oğlu |
82. | Nəzərov Xalid Xaliq oğlu |
83. | Novruzov Yusif Malik oğlu |
84. | Orucov Rəşadət İsmayıl oğlu |
85. | Paşayev Şamil Amil oğlu |
86. | Rövşənov İsmayıl Famil oğlu |
87. | Rüstəmov Elşad Əli oğlu |
88. | Rüstəmov Hüseyn Həsən oğlu |
89. | Rüstəmov İlqar Sahib oğlu |
90. | Rüstəmov Orxan Namiq oğlu |
91. | Rzayev Ceyhun Əsgər oğlu |
92. | Rzayeva Aynur Tapdıq qızı |
93. | Salehov Anar Akif oğlu |
94. | Səfərli Cavid Şamil oğlu |
95. | Səfərov İlqar Vəliyəddin oğlu |
96. | Səfərov Rüfət Eldar oğlu |
97. | Səfərov Səbuhi Əlifağa oğlu |
98. | Səməndov Zöhrab Nəcəf oğlu |
99. | Süleymanov Vasif Səlim oğlu |
100. | Şahverdiyev Nicat Rasim oğlu |
101. | Şükürov Rüstəm Çingiz oğlu |
102. | Taibov Müşfiq Şəfaqət oğlu |
103. | Talibli Nigar Ağakişi qızı |
104. | Teymurov Teymur Şahlar oğlu |
105. | Verdiyev Zəkayi Rafiq oğlu |
106. | Vəliyev Orxan Elgiz oğlu |
107. | Yusifov Elçin Vəkil oğlu |
108. | Zeynalov Taleh Ayaz oğlu |
Modern.az