Modern.az

Qəddafi qadın cangüdənlərini zorlayırmış... (FOTOLAR)

Qəddafi qadın cangüdənlərini zorlayırmış... (FOTOLAR)

Reportaj

29 Avqust 2011, 20:07

Liviyada taxtdan salınan polkovnik Müəmmər Qəddafinin Tripolidəki qalası - “Babi-Əziziyə”nin müxaliflərin əlinə keçməsiylə onun bir sıra sirrinin üstü açıldı. Modern.az xarici mətbuata istinadən bildirir ki, Qəddafi ailəsinin aşkara çıxan utancverci sirlərindən biri polkovnikin “Amazonlar” deyilən qadın cangüdənlərinin zorlanması ilə bağlıdır.

Məlum olub ki, Müəmmər Qəddafinin "Amazonlar" deyilən qadın qorumalarından 5-i polkovkikin özü və oğullarının təcavüzünə uğrayıb. Maltanın “Sunday Times” qəzeti yazıb ki, bu məlumatı benqazili psixiatr Siham Sergeva verib.

"Qəddafinin Beynəlxalq Cəza Məhkəməsində mühakimə olunması üçün hazırlaığım  sənəddə qorumaları arasında olan qadın xəstələrimin ifadələri də var. Bu ifadələrə görə Qəddafi və oğulları ən az 5 qadın cangüdənə təcavüz etmiş, sonra da onları başlarından etmişlər. Qadınlardan biri deyib ki, onun qardaşı narkotik cinayətə görə həbs edilibmiş və deyiblər ki bu qadın cangüdən olmazsa, qardaşının ömürü həbsxanada keçəcək.  Bu şantajla “Babi-Əziziyə” sarayına çağırıldığında həmin qızı Qəddafinin özünü pijamada qarşılayıb. O, Qədadfidən könüllü cinsi əlaqə təklifini rədd edincə, zorlanmaya məruz qalıb. Əvvəlcə Qəddafi, sonra oğulları təcavüz edərmiş”.

“Amazonlar” qadın mühafizə dəstəsinin üzvlərindən olan 19 yaşlı Nəsrin Mənsur Forqani İngiltərənin “Daily Mail” qəzetinə danışıb. O, etiraf edib ki, üsyançılar Tripoliyə doğru irəlilədikləri günlərdə aldığı əmrlə 11 nəfəri güllələyib. “Otağa bir üsyançı gətirdilər. Onu öldürdüm. Sonra birini də gətirdilər, onu da vurdum. Hər gətiriləni vurmasaydım, öldürülən mən olardım”, - deyə o, bildirib.
Nəsrin Qəddafinin “Amazonlar”ı sırasına necə düşdüyünü belə anladıb: 
Kiçik yaşlarında olanda ana və atası ayrılıb. Anası ilə yaşayan yeniyetmə qız bir gün Qəddafinin qadın mühfizəçilərinin rəhbəri Fatma əl Drebi ilə tanış olub. Ailəsinin etirazlarına baxmayaraq Tripolidəki hərbi akademiyaya gedib və orada Liviyanın dörd bir yanından gəlmiş min qızın arasına qarışıb.
Nəsrin onlara rəhbərlik edən Fatmanın daimi təhdidi altında olub. Günlərin birində Fatma Nəsrini qaldıqları qərargahdakı yataq otagına aparıb və...
“Bir gün məni qərargahdakı bir yataq otağına apardı. Bir az sonra briqadanın komandiri Mənsur Dau gəldi və mənə təcavüz etdi. Fatma hədələdi ki, bunu kimsəyə deməyim. Mənsur nə zaman gəlirdisə Fatma ona yeni qızlar aparırdı və qarşılığında hədiyyələr alırdı” - deyə Nəsrin nəql edib.
Nəsrin Forqani Tripolinin Mitiqa hərbi xəstəxanasında ayaqlarından çarpayıya bağlanmış halda müalicə alır. O, Tripoli uğrunda döyüşlər zamanı Qəddafi əsgərlərinin üsyançıları güllələdikləri otaqdan qaçarkən yaralanıb.

Qeyd edək ki, qəddafinin cangüdənləri əsasən hərbi geyimli bakirə qızlardan ibarət olub.

 

 

 

 

 

 

 

 

 



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi