Modern.az

Azərbaycan gənclərinin etirazı avropalı deputatlara çatdırılıb

Azərbaycan gənclərinin etirazı avropalı deputatlara çatdırılıb

2 Dekabr 2009, 14:56

Avropa Parlamenti və Azərbaycan Parlamentinin əməkdaşlıq komitəsi dekabrın 2-də Brüsseldə görüş keçirir. Məlumatı Modern.az saytına, millət  vəkili, görüşdə iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü Fuad Muradov verib. Qeyd edək ki, bu, komitənin əməkdaşlığı çərçivəsində onuncu görüşdür. Milli Məclisin sədr müavini Valeh Ələsgərovun rəhbərlik etdiyi nümayəndə heyətinə deputatlardan Çingiz Əsədullayev, Fuad Muradov, Rövşən Rzayev, Rauf Əliyev, İlyas İsmayılov, Nizami İskəndərov, eləcə də ayrı-ayrı hökumət nümayəndələri daxildir.

Komitə üzvlərinin ildə iki dəfə görüşdüyünü qeyd edən F.Muradov onu da bildirib ki, bu dəfə enerji, parlementlərin əməkdaşlığı, Qarabağ məsələsini müzakirə edəcəklər: “Mən Azərbaycan gəncləri adından Avropanın nüfuzlu Euronews telekanalının Azərbaycanın əleyhinə hazırladığı video materialla əlaqədar etirazımı bildirdim. Qeyd etdim ki, belə bir məsələ Qarabağ probleminin həllinə mane olur, gərginliyin artmasına gətirib çıxarır. Bunu ermənilərin Avropada müəyyən insanların əli ilə həyata keçirdikləri çirkin bir plan kimi diqqətə çatdırdım”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır