Modern.az

Azərbaycan MDB-də sənayenin inkişafına görə liderdir

Azərbaycan MDB-də sənayenin  inkişafına görə liderdir

2 Dekabr 2009, 16:20

Azərbaycan MDB məkanında sənaye istehsalının artım tempinə görə liderdir. Cari ilin yanvar-oktyabr ayları üzrə sənayedə artım tempi Azərbaycanda 7,4 faiz təşkil edib. Modern.az xəbər verir ki, bu barədə MDB Dövlətlərarası  Statistika Komitəsinin məlumatında bildirilir.  Ukraynada sənaye istehsalının səviyyəsi 26,4 faiz, Moldovada isə 24,1 faiz enib. 

Qırğızıstanda istehsal 13,9 faiz azalıb. Rusiya MDB ölkələri arasında sənayedə istehsalın aşağı səviyyəsinə görə 4-cü yeri tutub -13 faiz.  Ermənistanda 10 ay ərzində istehsal 11,4 faiz aşağı düşüb. Tacikistanda bu rəqəm 8,6,  Belarusda 4,5, Qazaxıstanda 0,2 faiz təşkil edir.

Bütövlükdə isə MDB ölkələri üzrə sənaye istehsalının həcmi yanvar - oktyabr ayları üzrə ötən illə müqayisədə 13 faiz aşağı düşüb.  Ümumdaxili məhsulun həcmi isə 9 faiz azalıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu