Modern.az

Pənah Hüseyn Eldar Namazovun “Panorama” qəzetində nəşr etdirdiyi məqalədən nəticə çıxarmayıb...

 Pənah Hüseyn Eldar Namazovun “Panorama” qəzetində nəşr etdirdiyi məqalədən nəticə çıxarmayıb...

2 Dekabr 2009, 17:11

Millət vəkili Qüdrət Həsənquliyevin Milli Məclisdə Azərbaycanın Rusiya ilə yaxınlaşması ilə bağlı təklifi cəmiyyətdə xeyli səs-küy yaradıb. Hətta məsələnin Ermənistanda da müzakirə olunduğu bildirilir.

Modern.az saytına açıqlamasında deputat təklifinə birmənalı münasibət gözləmədiyini bildirib: “Biz açıq bir cəmiyyətdə yaşayırıq. Fərqli fikirlərin olması başadüşüləndir. Hələ 2000-2001-ci illərdə deyirdim ki, Azərbaycan iqtidarı ilə əməkdaşlıq etmək lazımdır. Çoxları o zaman dediklərimi top-tüfənglə qarşılayırdı. Sonra gedib düzüldülər Prezident Aparatının qarşısına. Dedim, a kişi, gedib ora düzülmək iş deyil e, əməkdaşlıq etmək lazımdır. İndi də görünür daha

bir neçə il lazımdır ki, bunlar başa düşsünlər”.

Q.Həsənquliyev bildirib ki, torpaqlarımızı işğal edən ölkələrdən biri olan Ermənistana güzəşt etməyə hazırıqsa, ondan daha güclü, daha böyük və torpaqlarımızın işğalında əsas rol oynamış Rusiyaya da gözəştə getməliyik: “Ya da Rusiya –Ermənistan ittifaqi ilə vuruşmalıyıq. Əgər vuruşmuruqsa, deyiriksə sülh yolu ilə bu problemi həll etməliyik, demək onda Ermənistana güzəştə gedib Dağlıq Qarabağa geniş muxtariyyət təklif etdiyimiz kimi, Rusiyaya da nəsə təklif etməliyik. Mən hesab edirəm ki, indi Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsinə üzv olması qorxulu deyil. Bəlkə də 10-15 il öncə Rusiyada çoxları SSRİ-nin bərpası haqqında düşünürdü. İndi bu cür düşünən insanların sayı xeyli azalıb. Artıq başa düşürlər ki, tarixin təkərini geri fırlatmaq mümkün deyil. Azərbaycanın müstəqilliyi dönməz və əbədidir. Burda söhbət ondan gedə bilər ki, Azərbaycanın xarici siyasətində Rusiyanın maraqlarını nəzərə alsın”.

Deputat İranla sərhədlərimizi  Xəzər Dənizində qoruya bilmədiyimiz qənaətindədir: “Burada imkan verilmir ki, öz neft yataqlarımızdan istifadə edək. Amma o sərhədləri Rusiya ilə birgə qorusaq İran bunu edə bilməzdi. Düşünmürəm ki, biz Qazaxıstandan daha müstəqil dövlətik. Daha müstəqil olub nə etmişik? Qazaxistan Kollektiv Təhlükəsizlik Müqaviləsinə girib,  nə itirib ki? Hesab edirəm ki, Qazaxistan Avropaya bizdən az inteqrasiya olunmayıb. Qazaxistan gələn il ATƏT-in sədri olacaq. Qazaxistan da NATO Parlament Assambleyasında  bizimlə eyni statusa malikdir”.

Q.Həsənquliyev Bakını azad edən Nuru Paşaya Azərbaycanda abidə qoyulmamasından  narazıdır: “Astanada Atatürkə elə abidə qoyublar ki, heç belə abidə Türkiyədə də yoxdur. Qazaxistanla Türkiyənin əlaqələri Azərbaycan Türkiyə əlaqələrindən aşağı deyil. Bunula onu demək istəyirəm ki, Azərbaycan Rusiya əlaqələri heç nəyə mane olmur.

Ötən ilin avqustunda Gürcüstanada baş verən hadisələrdən sonra NATO-nun bir addımlığında olan Gürcüstan bundan məhrum oldu. Ona qədər Gürcüstanın NATO-ya  qəbul edilməsini istəyənlər, avqust hadisələrindən sonra buna qarşı çıxdılar. Əsas gətirildi ki, Gürcüstanda hələ demokratiya yoxdur. Axirda Boyük Britaniyadan olan bir deputat dedi ki, siz demokratiya nəyə deyirsiniz, İngiltərədə parlamentin yolunu bağlayan adamlari  polis sürütləyər . Ancaq biz Gürcüstanda müxalifətin bütün paytaxti iflic etdiyinin şahidi olduq. Saakaşvili onlara heç nə etmədi. İndi dünyada iki faktor mühüm rol oynayir: güc, biri də maraq. Avropa Rusiya ilə hesablaşır və ondan enerji asılılığı var. Amerika, Avropa Rusiya ilə hesablaşırsa, Polşa və Çexiyada öz raketlərini yerləşdirməkdən imtina edirsə, deməli, Azərbaycan da bunları nəzərə almalıdır. Bugünkü dünyanın reallığı budur. Ona görə də mən bu təşəbbüslə çıxış etmişəm. Hətta mənə qarşı çıxan insanlar özləri də ürəklərində tam əmindirlər ki, mən doğru deyirəm”.

Qüdrət Həsənquliyev deputat həmkarı Pənah Hüseynin onun fikirlərinə rəğmən söylədiklərinə də münasibət bildirib: “Pənah Hüseyn mənə deyir ki, 4-5 adamın arasında olan sözü sən niyə demisən. Deyirəm adamin bir mövqeyi olar. Deməli, o jurnalistlərə, ictimaiyyətə bir mövqe açıqlayır, arxada dostlarina, yoldaşlarına başqa şey danışır. Yaxşı yadımdadır, bir dəfə onu mərhum Prezident Heydər Əliyevin dövründə ifşa etdilər. Pənah bəy Heydər Əliyevlə görüşəndə onun tarixi şəxsiyyət olduğunu deyib. Sonra mətbuatda tamam başqa şey danışıb. O zaman Eldar Namazov “Panorama” qəzetində bunu nəşr etdirdi. Mən ümid edirdim ki, bu, ona dərs olacaq. Bir də belə mövqe bildirməyəcək. Çox təəssüf ki, deputat Pənah Hüseyn bundan bir  nəticə çıxarmayıb”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu