Modern.az

Fransa Argentinanı Dünya Çempionatından kənarlaşdırdı - VİDEO

Fransa Argentinanı Dünya Çempionatından kənarlaşdırdı - VİDEO

30 İyun 2018, 20:08

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/8 finalın ilk oyunu keçirilib. Modern.az xəbər verir ki, "Kazan Arena"da  keçirilən oyunda mundialın favoritlərindən sayılan Fransa Lionel Messinin kapitanı olduğu Argentina millisi ilə üz-üzə gəlib. Oyunda hesabı fransızlar açıb. Antuan Qrizmann 13-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək komandasını önə çıxarıb. 

İlk hissənin başa çatmasına 4 dəqiqə qalmış isə Anhel Di Mariya gözəl qolla hesabı bərabərləşdirib.

İkinci hissədə ilk qol Argentinadan gəlib. 48-ci dəqiqədə Messinin ötürməsindən sonra Merkado ikinci qolu vuraraq Argentinanı hesabda önə keçirib.

Bunun ardınca isə Fransa 3 dəfə rəqibini meydanın mərkəzinə dəvət edib. 57-ci dəqiqədə Pavar, 63 və 68-ci dəqiqədə isə Mbappe Fransaya qol sevinci yaşadıb.

90+3-cü dəqiqədə Aqueronun vurduğu qol isə Argentina üçün təsəllidən başqa bir şey olmayıb.

 

Beləliklə, 1/8 finalın ilk oyununda Argentinanı 4:3 hesabı ilə məğlub edən Fransa 1/4 finala vəsiqə qazanıb.

 

Qeyd edək ki, günün ikinci oyununda Uruqvay və Portuqaliya milliləri qarşılaşacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?