Modern.az

Azərbaycan yenidən ÜGT-nin Maliyyə Komitəsinə üzv seçilib

Azərbaycan yenidən ÜGT-nin Maliyyə Komitəsinə üzv seçilib

Aktual

30 İyun 2018, 21:32

Ümumdünya Gömrük Təşkilatının Brüsseldə yerləşən Baş qərargahında iyunun 28-dən keçirilən Gömrük Əməkdaşlıq Şurasının 132-ci sessiyası bu gün başa çatıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumta görə, komitə sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərliyi ilə nümayəndə heyətimiz iştirak edib.

 

Bu gün sessiyada büdcə və maliyyə məsələlərinin müzakirəsi və Ümumdünya Gömrük Təşkilatına seçkilər keçirilib. Kunio Mikuriya yenidən Ümumdünya Gömrük Təşkilatının baş katibi, Enrike Kanonisə Gömrük Əməkdaşlıq Şurasının sədri seçilib.

 

Sevindirici haldır ki, Azərbaycan Respublikası 2018-2019-cu illər üçün yenidən ÜGT-nin Maliyyə Komitəsinə üzv seçilib.

 

Gömrük Əməkdaşlıq Şurasının 132-ci sessiyası zamanı Ümumdünya Gömrük Təşkilatının İKT sahəsində ən böyük tədbiri olan İnformasiya Texnologiyaları Konfransı və Sərgisinin 2019-cu il 12-14 iyun tarixlərində Azərbaycanda keçirilməsi ilə bağlı təqdimat olub və Azərbaycan haqqında xüsusi videoçarx nümayiş etdirilib.

 

Bununla da sessiya öz işini yekunlaşdırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü