Modern.az

“Mercedes” işıq dirəyinə çırpıldı

“Mercedes” işıq dirəyinə çırpıldı

Aktual

30 İyun 2018, 21:42

Şirvan şəhərində baş verən avtomobil qəzası nəticəsində ölən qadının şəxsiyyəti müəyyənləşdirilib. Modern.az APA-ya istinadən xəbər verir ki, “Mercedes” markalı avtomobilin işıq dirəyinə çırpılması nəticəsində, sərnişinlərdən biri Şirvan sakini, 1989-cu il təvəllüdlü Bəşirova Türanə Vaqif qızı hadisə yerində ölüb. Digər sərnişin xəsarət alaraq şəhər xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, bu gün şəhərin Heydər Əliyev prospektində Şirvan sakini, 1984-cü il təvəllüdlü Mustafayev Samiq Səlim oğlu 10 SA 431 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobilin idarəetməsini itirib və avtomobil işıq dirəyinə çırpılıb. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri avtomobildə başlayan yanğının qarşısını alıblar.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir