Modern.az

Dünya Çempionatı-2018: Portuqaliyanı məğlub edən Uruqvay 1/4 finalda

Dünya Çempionatı-2018: Portuqaliyanı məğlub edən Uruqvay 1/4 finalda

30 İyun 2018, 23:57

Uruqvay və Portuqaliya oyunu yekunlaşdı. Bu oyunda üstün tərəf Uruqvay oldu. Edinson Kavaninin vurduğu iki qol komandasını 1/8 finala çıxarıb.

23:24

 

Uruqvay və Portuqaliya oyununda daha bir qol vurulub. Edinson Kavani özünün və komandasının ikinci qolunu vuraraq hesabı 2:1-ə çatdırıb.

 

23:21

 

Uruqvay və Portuqaliya oyununda hesab bərabərləşib. Oyunun 55-ci dəqiqəsində Pepe fərqlənib.

 

22:09

 

Uruqvay və Portuqaliya oyununda hesab açıldı. Oyunun 7-ci dəqiqəsində Edinson Kavani baxımlı qol vurub.

 

22:00

 

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/8 finalın ikinci oyunu keçirilir. Modern.az xəbər verir ki, Soçidəki “Fişt” stadionunda  keçirilən oyunda Uruqvay və Portuqaliya milliləri qarşılaşır.

Görüşdə Uruqvay yığmasının ilk onbirliyində Fernando Muslera, Dieqo Laksalt, Dieqo Qodin, Xose Ximenes, Martin Kaseres, Rodriqo Bentankur, Matias Vesino, Lukas Torreira, Nahitan Nandez, Edinson Kavani və Luis Suares yer alıblar.

Portuqaliya milli komandasının start heyətində Rui Patrisio, Rafael Gerreiro, Joze Fonte, Pepe, Rikardo, Joao Mario, Adrien Silva, Villiam, Bernardo Silva, Qonsalo Quedeş və Kriştiano Ronaldo meydana çıxıblar.

Oyunu meksikalı referi Sezar Ramos idarə edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi