Modern.az

“Qarabağ” Suriya komandasına məğlub oldu

“Qarabağ” Suriya komandasına məğlub oldu

30 İyun 2018, 23:28

"Qarabağ" klubu Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama matçına çıxıb. Modern.az "Report"a istinadən xəbər verir ki, rəqib Suriya yığması olub.

 

Görüş ərəblərin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qol ilk yarının sonlarında vurulub.

 

Beləliklə, "Qarabağ"ın üçüncü yoxlama matçında da qələbəyə həsrət qalıb və üstəlik, ilk məğlubiyyətlə üzləşib. Əvvəlki qarşılaşmalarında Ağdam komandası Bolqarıstan "Ludoqorets"i ilə 1:1, Avstriyanın "Vakker İnsbruk" komandası ilə 0:0 hesablı heç-heçə edib.

 

Yoxlama oyunu

20:30. "Qarabağ" - Suriya millisi - 0:1

 

"Qarabağ"ın start heyəti: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k.), 17. Abdulla Zubir, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 77. Donald Gerrye, 91. Coşqun Diniyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi