Modern.az

Yevlaxda raket aşkarlandı

Yevlaxda raket aşkarlandı

Aktual

1 İyul 2018, 11:12
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik - ANAMA Yevlax şəhərində raket aşkarlayıb.
 
Agentlikdən Modern.az-a verilən məlumata görə, iyulun 30-da axşam saatlarında Daxili İşlər Nazirliyinin "102” Xidməti-Zəng mərkəzi sistemindən və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Yevlax şəhərində, Kür çayının sahilində mərmi tapılması barədə məlumatlar alınıb.
 
Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Yevlax şəhər polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində ANAMA-nın mütəxəssisləri tərəfindən 1 ədəd PQ-7S raketi aşkar olunub. Raket zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
 
Raketin tapıldığı yerin ətrafında 600 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər