Modern.az

Almaniyada iranlı diplomat saxlanıldı 

Almaniyada iranlı diplomat saxlanıldı 

2 İyul 2018, 18:35

Fransada mümkün terror hücumunun qarşısının alınması ilə bağlı əməliyyatlar çərçivəsində Almaniyada iranlı diplomat saxlanılıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin diplomat İranın Avstriyadakı səfirliyinin əməkdaşıdır.

Əməliyyat Fransa və Almaniya polisi tərəfindən birgə keçirilib.

 

Qeyd edək ki, daha əvvəl Fransa ərazisində keçirilən konfrans zamanı terror törətməyə cəhddə şübhəli bilinən 2 İran əsilli şəxs saxlanılıb.

Məlumata görə, Belçika vətəndaşlığına malik İran əsilli 1980-ci il təvəllüdlü Əmir S. və onun həyat yoldaşı 1984-cü il təvəllüdlü Nasime N.saxlanılıb.

Onların terror törətməyi planlaşdırdığı konfransda təxminən 25 min adam iştirak edirmiş.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər