Modern.az

Sarkisyanın qohumlarına ölkədən çıxmaq qadağan edildi

Sarkisyanın qohumlarına ölkədən çıxmaq qadağan edildi

Aktual

2 İyul 2018, 19:50

Ermənistanın sabiq prezidenti və baş naziri Serj Sarkisyanın qohumlarına ölkədən çıxmaq qadağan edilib.

Modern.az-ın Ermənistan KİV-lərinə istinadən məlumatına görə, keçmiş prezidentin qardaşı Levon Sarkisyan və onun övladları 6,8 milyon dollar məbləğində bank depozitini vergi orqanlarından gizlədib.

 

Onların evində axtarış aparıldığı deyilir. Axtarışlar nəticəsində bank sənədləri müsadirə edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür