Modern.az

Dünya çempionatı-2018: Braziliya  1/4 finalda

Dünya çempionatı-2018: Braziliya  1/4 finalda

Aktual

2 İyul 2018, 20:02

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/8 finalın növbəti oyunu keçirilib. Modern.az xəbər verir ki, "Samara Arena"da baş tutan matçda Braziliya və Meksika komandaları üz-üzə gəliblər. Qarşılaşma Braziliyanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə ilk qolu Neymar vurub. 26 yaşlı hücumçu 51-ci dəqiqədə fərqlənib. Roberto Firmino isə 88-ci dəqiqədə fərqi iki topa çatdırıb.

 

Qeyd edək ki, Braziliya yığması 1/4 finaldakı Belçika - Yaponiya cütünün qalibi ilə üz-üzə gələcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır