Modern.az

Döyüş atışlı taktiki xüsusi təlimlər başlayıb

Döyüş atışlı taktiki xüsusi təlimlər başlayıb

Aktual

2 İyul 2018, 20:41

Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun Hava hücumundan müdafiə hissə və bölmələrində döyüş atışlı taktiki xüsusi təlimlər başlayıb. Modern.az xəbər verir ki, bu barədə Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən məlumat verilib.

 

Təlimlərə həyəcan siqnalının verilməsi, şərti hava düşməninin ilk zərbələrinin dəf edilməsi, idarəetmə və komanda məntəqələrində döyüş işinin aparılması ilə başlanılıb.

 

Təlimin döyüş atışlı mərhələsində düşmənin hava və yerüstü hədəfləri hava hücumundan müdafiə silahları ilə məhv edilib.

 

Təlimlərə hava düşmənini təqlid edən Əlahiddə Ümumqoşun Ordunun aviasiyası da cəlb edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır