Modern.az

\"Neftçi\"dən böyük hesablı qələbə

\

2 İyul 2018, 22:02

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" komandası bu gün üçüncü yoxlama matçına çıxıb. Modern.az "Report"a istinadən xəbər verir ki, komanda Bosniya və Herseqovinanın "Çelik” komandası ilə üz-üzə gəlib. Qarşılaşma "Neftçi"nin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, "Çelik" iyunun 30-da "Keşlə"ni 2:0 hesabı ilə məğlub edib. "Neftçi" isə Makedoniyanın "Şkupi” və Rumıniyanın "Dunarya Kalaraşi” komandalarına eyni hesabla qalib gəlib.

 

Qeyd edək ki, "Neftçi" son yoxlama oyununu iyulun 5-də Rumıniya "Politexnika"sına qarşı keçirəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir