Modern.az

Dünya çempionatı-2018: Belçikadan Yaponiyaya futbol dərsi - YENİLƏNİB

Dünya çempionatı-2018: Belçikadan Yaponiyaya futbol dərsi - YENİLƏNİB

2 İyul 2018, 23:58

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/8 finalın növbəti oyunu yekunlaşdı.  Modern.az xəbər verir ki, Belçika və Yaponiya komandaları möhtəşəm oyun sərgiləyib. Oyunun ikinci hissəsinin ilk 7 dəqiqəsində 2 top fərqi ilə geri düşən Belçika möhtəşəm geri dönüş edə bilib.

Oyunun 70-ci dəqiqəsində Yaponiya qapıçısının səhvindən sonra Vertonge hesab arasındakı fərqi azaldıb. 74-cü dəqiqədə isə Fellaini  hesabı bərabərləşdirib. Hər kəs oyunun uzatma dəqiqələrinə gedəcəyini gözlədiyi vaxtda Belçika oyunun taleyini həll edən qolu vurub. Nasir Şadli 90+4-də vurduğu qolla hesabı 3:2 etməklə komandasına 1/4 finala vəsiqəni təmin edib.

 

Qeyd edək ki, bu cütün qalibi 1/4 finalda Belçika Braziliya yığması ilə qarşılaşacaq.

 

23:32

 

Belçika vurduğu ardıcıl qollarla hesabı bərabərləşdirib: 2:2

 

23:14

 

İkinci hissəyə Yaponiya daha aktiv başlayıb. Oyunun 48-ci dəqiqəsində Haraquçi vurduğu qolla Yaponiyanı önə keçirib. 52-ci dəqiqədə isə İnui Belçikanı yenidən meydanın mərkəzinə dəvət edib: 2:0.

 

22:57

 

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/8 finalın növbəti oyunu keçirilir. Modern.az xəbər verir ki, günün ikinci matçında Belçika və Yaponiya komandaları üz-üzə gəlirlər.

Oyunun ilk hissəsində qapılara qol vurulmayıb.

 

Qeyd edək ki, bu cütün qalibi 1/4 finalda Braziliya yığması ilə qarşılaşacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır