Modern.az

Bakıda Qarabağ beynəlxalq forumu keçirilib

Bakıda Qarabağ beynəlxalq forumu keçirilib

Aktual

2 İyul 2018, 23:24

Bu gün Bakıda Qarabağ beynəlxalq forumu keçirilib. Modern.az xəbər verir ki, forumda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Ermənistanın təcavüzü nəticəsində ölkəmizə vurulan zərərlə bağlı müzakirələr aparılıb.

 

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov tədbirdə çıxış edərək əsas məqsədin Dağlıq Qarabağla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq olduğunu bildiriblər.

 

Diqqətə çatdırılıb ki, Bərdə şəhərində davam edəcək forumun yekununda gənclər tərəfindən qətnamə qəbul olunacaq. Həmin sənəd Avropa Gənclər Parlamentinin Berlində yerləşən ofisinə təqdim ediləcək.

 

Forum “Qarabağ Qafqazın mədəniyyət mərkəzidir” adlı konsert proqramı ilə davam edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı