Modern.az

Ukrayna Azərbaycanın sifarişini yerinə yetirə bilmir

Ukrayna Azərbaycanın sifarişini yerinə yetirə bilmir

3 İyul 2018, 00:37

Azərbaycanın Ukrayna dövlət çirkəti "Antonov”a sifariş etdiyi on ədəd An-178 təyyarəsinin istehsalı təxirə salınır. Modern.az Ukrayna mediasına istinadən xəbər verir ki, bunu şirkətin prezidenti Aleksandr Donets açıqlayıb.

 

Onun sözlərinə görə, təyyarələr Rusiyadan idxal olunan komplektləşdirici və sınaq avadanlıqlarının tamamilə əvəzlənməsindən sonra istehsal ediləcək: “İki həftə əvvəl Azərbaycan nümayəndə heyəti bizimlə danışıqlara gəlmişdi. Qeyd etməliyəm ki, onlar məsələyə peşəkarlıqla yanaşırlar, vəziyyətə yaxından bələddirlər, başa düşürlər ki, biz maşını Rusiya komplektləşdiriciləri ilə yığa və təhvil verə bilmərik. Təyyarə onlara lazımdır, buna görə sifarişçi biz bu məsələni həll edənə qədər gözləməyə hazırdır”.

Qeyd edək ki, 2016-cı ildə Ukrayna dövlət müəssisəsi "Antonov" Azərbaycan aviaşirkətlərindən mülki hava daşınmalarında istifadə etmək üçün on ədəd An-178 təyyarəsinin yığılıb çatdırılması ilə bağlı sifariş almışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir