Modern.az

Mingəçevir İES-də yanğın söndürülüb

Mingəçevir İES-də yanğın söndürülüb

3 İyul 2018, 01:57

Bu gün Mingəçevir İES-in altıncı blokunda qəza baş verib. Ərazidə baş vermiş qəza yanğınla nəticələnib. Dərhal hadisə yerinə yanğınsöndürmə texnikası və canlı qüvvə cəlb edilib, yanğın 20 dəqiqə ərzində söndürülüb.

Modern.az AZƏRTAC-a istinadən xəbır verir ki, bu sözləri hadisə yerində olan fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

Nazir bildirib ki, Mingəçevir İES-in qəza baş vermiş altıncı blokunda bərpa işləri aparılır. Artıq ölkənin şimal və bəzi qərb rayonlarına elektrik enerjisinin verilməsi bərpa olunub. Digər ərazilərə də elektrik enerjisinin verilməsi üçün iş aparılır.

K. Heydərov qeyd edib ki, ölkə ərazisində elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa ediləcək: " Heç bir panikaya, narahatlığa əsas yoxdur".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır