Modern.az

Dünya Çempionatında bu gün 1/8 finala yekun vurulacaq  

Dünya Çempionatında bu gün 1/8 finala yekun vurulacaq   

3 İyul 2018, 08:23

Rusiyada keçirilən furbol üzrə Dünya Çempionatı-2018-in 1/8 final mərhələsinə bu gün yekun vurulacaq.

Modern.az xəbər verir ki, daha iki oyunla sonuncu 1/4 finalçılar müəyyənləşəcək. 

İlk olaraq meydana İsveç və İsveçrə çıxacaq.

Günün digər oyununda İngiltərə Kolumbiya ilə qarşılaşacaq.

Xatırladaq ki, 6 komanda - Uruqvay, Fransa, Rusiya, Xorvatiya, Belçika, Braziliya milliləri artıq 1/4 finala vəsiqə qazanıblar.


1/8 final

3 iyul

18:00. İsveç - İsveçrə
Hakimlər
: Damir Skomina, Yure Praprotnik, Robert Vukan (hamısı Sloveniya), Navaf Şukralla (Bəhreyn).

Sankt Peterburq, "Sankt-Peterburq" stadionu

22:00. Kolumbiya - İngiltərə
Hakimlər
: Mark Qeyqer (ABŞ), Co Fletçer (Kanada), Frank Anderson (ABŞ), Mettuu Konqer (Yeni Zelandiya).
Moskva, "Spartak" stadionu.



30 iyun

Uruqvay - Portuqaliya - 2:1

Fransa - Argentina - 4:3

1 iyul

İspaniya - Rusiya - 1:1 pen-2:4

Xorvatiya - Danimarka - 1:1 pen-3:2

2 iyul

Belçika - Yaponiya - 3:2 

Braziliya - Meksika - 2:0

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu