Modern.az

Bakı-Sumqayıt elektrik qatarı bu gün işləməyəcək

Bakı-Sumqayıt elektrik qatarı bu gün işləməyəcək

Aktual

3 İyul 2018, 08:44

Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən, bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarların hərəkətində gecikmələr qeydə alınır.

Bu barədə Modern.az-a Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.

 

QSC sərnişinlərin nəzərinə çatdırır ki, ölkə ərazisində elektrik enerjisinin verilməsində yaranan problemlə bağlı bu gün iyulun (3-də) günün birinci yarısında Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları hərəkətdə olmayacaq.

Yaranmış müvəqqəti narahatçılığa görə qurum sərnişinlərdən üzr istəyir.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü