Modern.az

Ölkədəki enerji problemi xəstəxanaları generatorlara möhtac etdi - AÇIQLAMA  

Ölkədəki enerji problemi xəstəxanaları generatorlara möhtac etdi - AÇIQLAMA   

Aktual

3 İyul 2018, 09:48

Ötən gecə Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) altıncı blokunda baş verən qəza yanğınla nəticələnib. Nəticədə ölkənin bir çox yerlərində elektrik enerjisinin verilməsi dayanıb.

Elektrik enerjisinin verilməsindəki fasilə şübhəsiz ki, xəstəxanalara təsirsiz ötüşməyib.


Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məsələ ilə bağlı Modern.az-a açıqlamasında deyib:

“Səhiyyə Nazirliyinin balansında olan tibb müəssisələrində heç bir problem yaşanmayıb. Çünki tibb müəssisələri generatorlarla təchiz olunub. Ölkədə yaranan ümumi problem baş verən kimi, dərhal generatorlar işə düşüb. Ona görə də heç bir problem yaranmayıb.

Hər hansı ölüm faktı, insan tələfatı, yaralanma halları da yoxdur”.

Nazirliyin əməkdaşı Təcili Tibbi Yardımla bağlı da açıqlama verib:

“Təcili Tibbi Yardım stansiyalarının fəaliyyətində də problem olmayıb. Onlar mobil maşınlarla fəaliyyətlərini davam etdirirlər”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü