Modern.az

Şagirdlərini hipnoz altında zorlayan müəllim saxlanıldı

Şagirdlərini hipnoz altında zorlayan müəllim saxlanıldı

3 İyul 2018, 10:04

ABŞ-ın Pensilvaniya ştatında müəllim şagirləri hipnoz vasitəsi ilə özünə tabe etməyə çalışıb.

 

Modern.az “New York Post” nəşrinə istinadən xəbər verir ki, müəllim Ceyms Mentzer bu vasitə ilə şagirdləri cinsi istismara məruz qoymaq istəyib.

 

Polisin iddiasında görə Mentzer hipnoz barədə video yazmaq üçün 8-11 yaşlı qız şagirdlərə onun sinfinə gəlməyi təklif edib. Daha sonra isə o hipnoz vasitəsi ilə onları ona itaətə sövq etmək istəyib.

 

“Mən sizə tabe olacağam, sahib” - şagirdlərdən biri polisə müəllimin zənciri onun gözünün önündə yellədərək, bu sözləri təkrarlamağa məcbur etdiyini danışıb.

 

Ceyms Mentzer cinsi zorakılıq, qeyri-etik davranış, həddi-buluğa çatmamış şəxslərlə əlaqə və beş korrupsiya hallarında ittiham olunur.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?