Modern.az

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

3 İyul 2018, 10:36

Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşları saxlanılıb və onların üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, yoxlama nəticəsində, saxlanılan şəxslərdən birinin daxili orqanında (düz bağırsağında) 5 ədəd bükümdə narkotik vasitələr - xalis çəkisi 143,05 qram olan heroin və 3,80 qram tiryək, eləcə də 0,560 qram psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü