Modern.az

Allahşükür Paşazadə Vyanaya gedir

Allahşükür Paşazadə Vyanaya gedir

3 İyul 2018, 12:02

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Avstriyanın paytaxtı Vyana şəhərinə səfərə yola düşür.

 

QMİ-dən Modern.az-a verilən məlumata görə, məqsəd iyulun 5-də Vyanada keçiriləcək KAİCİİD Dialoq mərkəzinin Direktorlar Şurasının növbəti 18-ci sessiyasında iştirak etməkdir.

 

Dünyanın nüfuzlu beynəlxalq hökümətlərarası təşkilatı olan KAİSİİD qurumunun 9 nəfərlik Direktorlar Şurasında yer alan yeganə müsəlman din xadimi - Şeyxülislam A. Paşazadənin qatılacağı sessiyanın gündəliyində bir sıra önəmli məsələlər, o cümlədən, mərkəzin idarəetmə sistemində mühüm dəyişikliklərlə bağlı müzakirələr nəzərdə tutulub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?