Modern.az

Yol polisi işıqsız gecədəki qəza HAQDA - piyada vurulub

Yol polisi işıqsız gecədəki qəza HAQDA - piyada vurulub

Aktual

3 İyul 2018, 13:13

“Dünən Bakıda elektrik enerjisinin verilməsində müəyyən çətinliklərin olması nəticəsində işıqforlar, küçə işıqları  işləmədi. Ancaq buna baxmayaraq Yol Patrul Xidməti avtomobillərinin sayrışan işıqlarının  yanıb-sönməsini nümayiş etdirməsi, eyni zamanda yol birləşmələrində polis əməkdaşlarının xidmət etməsi çoxlu sayda yol- nəqliyyat hadisələrinin baş verməsinin qarşısını alıb”.

 

Bu sözləri Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Yol Hərəkəti Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Modern.az-a açıqlamasında deyib.

 

DYP rəsmisi bildirib ki,  cəmi 1 yol-nəqliyyat hadisəsi baş verib.

“Həmin hadisə də gecə saat 3:00-da Binəqədi rayonunun ərazisində piyada vurma ilə bağlı yol-nəqliyyat hadisəsi baş verib.  Başqa bir xoşagəlməz hadisə isə qeydə alınmayıb”.

 

Qeyd edək ki,İyulun 2-dən 3-nə keçən gecə Mingəçevirdəki İstilik Elektrik Stansiyasının yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb və nəticədə Bakının, eləcə də ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanıb.

 

Energetika Nazirliyi və “Azərenerji” ASC Mingəçevir İES-də baş verən hadisə ilə bağlı birgə rəsmi məlumat yayıb.

 

Rəsmi məlumatda bəyan edilib ki, qəza havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın ciddi şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş verib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?