Modern.az

Qobustanda ağır qəza - 2 nəfər öldü

Qobustanda ağır qəza - 2 nəfər öldü

Aktual

3 İyul 2018, 14:17

Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Modern.az-a verilən məlumata görə, iyulun 2-də saat 6 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Elman Osmanov idarə etdiyi “Mercedes Sprinter” markalı mikroavtobusu yolun kənarındakı maneəyə (daş hasara) vurub.

 

Nəticədə sərnişinlərindən Bakı şəhər sakini Lütvanə Talıblı və Hacıqabul rayon sakini Mənsur Zeynalov hadisə yerində ölüb, digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır