Modern.az

Almaniya aeroportunda mühafizəçilər arasında İNSİDENT  

Almaniya aeroportunda mühafizəçilər arasında İNSİDENT   

3 İyul 2018, 14:38

Almaniyanın Düseldorf hava limanında təhlükəsizlik qaydalarını elə təhlükəsizlik əməkdaşları pozub.

Modern.az “Focus Online” saytına istinadən xəbər verir ki, hava limanının mühafizəçisi iş yoldaşına bıçaqla hücum edib.

Mühafizəçi öz yoldaşına hücum edərək onu baş nahiyəsindən dəftərxana bıçağı ilə vurub.

Hücum edən şəxsin psixoloji problemləri olduğu ehtimal edilir.

O, polis tərəfindən zərərsizləşdirilib, zərərçəkən şəxs isə xəstəxanaya çatdırılıb. Hazırda onun həyatına heç bir təhlükə yoxdur.

 

Əvəz ZEYNALOV

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi