Modern.az

Rusiyalı pilotun ölümünə görə daha bir nəfər saxlanıldı

Rusiyalı pilotun ölümünə görə daha bir nəfər saxlanıldı

3 İyul 2018, 14:47

Türkiyə sərhədlərində vurulmuş Rusiya qırıcısının pilotu Oleq Peşkovun ölümünə görə daha bir nəfərə ittiham irəli sürülüb.

 

Modern.az “Demirören” agentliyinə istinadən xəbər verir ki, Türkiyə tərəfi bu səbəblə Gürcüstan hökumətinə müraciət edib.

Türkiyə Gürcüstan tərəfinə Rusiya pilotunun ölümündə iştirakı ittihamı ilə Serkan Kurtuluşun təhvil verilməsi üçün sorğu göndərib.

 

Agentliyin məlumatına görə, iyunun 29-da “İnterpol” Kurtuluşun həbs qərarını verib.

Elə həmin gün o, Tbilisi şəhərində Gürcüstan polis əməkdaşları tərəfindən saxlanılıb və Rustavidə həbsxanaya göndərilib.

 

Serkan Kurtuluş 2015-ci ilin noyabrında Oleq Peşkovun ölümü üzrə aparılan məhkəmədə ittiham olunan 18 nəfərin içərisində olub.

 

Qeyd edək ki, 2015-ci ilin noyabrın 24-də Rusiyaya aid “SU-24” qırıcısı Türkiyə sərhədlərində vurulub. Hadisə nəticəsində qırıcıdan təxliyə olunan pilotlardan biri Oleq Peşkov terrorçular tərəfindən öldürülüb. Digər pilot isə həyatını qurtara bilib. Rusiya tərəfinin isə qırıcının Suriya hava sərhədlərində vurulduğunu iddia edərək Türkiyəni ittiham edib.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir