Modern.az

Qaçaqmal yolu ilə külli miqdarda mobil telefonun gətirilməsinin qarşısı alındı

Qaçaqmal yolu ilə külli miqdarda mobil telefonun gətirilməsinin qarşısı alındı

Aktual

3 İyul 2018, 14:49

29 iyunda Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının sayıq­lığı və peşəkarlığı sayəsində külli miqdarda mobil telefonun ölkə əra­­zi­sinə qanunsuz yolla dövlət sərhədindən buraxılış mən­tə­qə­lə­rin­dən kənar gətirilməsinin qarşısı alınıb.

Bu barədə Modern.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin tarixdə saat 23:50 radələrində Gürcüstan ilə dövlət sərhədində Şəmkir sərhəd dəstə­sinin xidməti ərazisində Ehram çayında 1 ədəd qara sellofana sarılmış ağ rəngli çəlləyin çayın axını ilə ərazimizə daxil olması müşahidə edilib.

Sərhəd naryadı tərəfindən sudan çıxarılmış həmin çəlləkdə ümu­mi dəyəri təqribən 4500 manat təşkil edən 92 ədəd “X-nova” markalı mobil telefon aşkar olunub.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!