Modern.az

İran prezidenti Avropa Birliyi ilə danışıqlar aparacaq

İran prezidenti Avropa Birliyi ilə danışıqlar aparacaq

3 İyul 2018, 15:29

İran prezidenti Həsən Ruhani Parisdə terror qalmaqalı ərərfəsində, iyulun 4-də Avstriyaya rəsmi səfər edəcək.

 

Modern.az “Avstriya Nəşr Agentliyi”nə istinadən xəbər verir ki, Avstriya hökuməti İran diplomatının terror qalmaqalına görə prezidentin səfərini təxirə salmaq niyyətində deyil.

 

Həsən Ruhaninin Avstriyada yüksək səviyyədə hərbi mərasimlə qarşılanacağı bildirilir.

İran lideri Avstriya prezidenti Aleksandr Van der Bellen və kansler Sebastyan Kurtsla görüşlər keçirəcəyi gözlənilir.

 

Bununla yanaşı İran prezidentinin Avstriyaya səfərinə bu ölkədəki İran müxalifəti öz etirazını bildirib.

“Belə bir vəziyyətdə Ruhaninin səfəri demokratiya və insan hüquqları üçün bir ləkə olacaq və terrorizmi daha möhkəmləndirəcək. Bu qəbul Avropa Birliyinin söykəndiyi dəyərlərə ağır bir zərbədir” - İran Milli Müqavimət Şurasının bəyanatında deyilir.

 

Qeyd edək ki, İranın Venadakı səfirliyindən bir diplomat Almaniyada hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. O, iyunun 30-da İran müxalifət partiyalarının Parisdə görüşü zamanı onlara qarşı terror aktının təşkilində ittiham edilib. Avstriya hökuməti İran səfirliyindən həmin diplomatın irəli sürülmüş ittihamla əlaqədar 48 saat ərzində diplomatik statusunun götürülməsini tələb edib.

 

Əvəz ZEYNALOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı