Modern.az

Bayram Səfərov: “Paşinyan “dalay-dalay” edir...”  

Bayram Səfərov: “Paşinyan “dalay-dalay” edir...”   

3 İyul 2018, 16:14

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Daxili Qoşunlarını işğal altında saxlanılan Dağlıq Qarabağ torplaqlarına yeridib.

Ermənistanın “Qrapark” qəzetinin yazdığına görə, Daxili Qoşunlar işğalçı qüvvələrə dəstək məqsədilə bölgəyə göndərilib.


Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov Ermənistanın baş naziri Nikol Paşinyanın bu cür addımına sərt reaksiya verib.

Bayram Səfərov Modern.az-a açıqlamasında deyib ki, Paşinyan daxildə xalqına  verdiyi vədləri yerinə yetirə bilmədiyindən, müxtəlif yollara əl atmaqla məşğuldur:


“Ermənistanın dinc və kasıb əhalisi aclıqdan əziyyət çəkir. Həmin bu ac əhali də Paşinyandan iş yeri və çörək istəyir. Ermənistan hakimiyyəti də bunu edə bilmir. Belə vəziyyətdə Paşinyan nə etməlidir ki?! Əlbəttə, polis dəstəsini Dağlıq Qarabağa yeritməlidir. Onların ac polisi varsa, bizim nizamlı ordumuz var. Ona görə də Paşinyan bu cür provakasiyaya əl atır”.

Bayram Səfərov baş nazir Paşinyanın Azərbaycanı hədələyən açıqlamalar verməsinə də münasibət bildirib.

“Paşinyan bizim nəyimizi hədələyəcək ki?! Onun nəyi var ki! Aşığın sözü qurtaranda “dalay-dalay” deyir. İndi Paşinyan da özü üçün “dalay-dalay” edir. “Dalay-dalay” da qurtarandan sonra hücum etməyə başlayacaq. Çox yaxşı. Etsinlər. Ordumuz onların qarşısında dayanıb. Paşinyanın cavabını verəcəyik. Lazım gəlsə, bir az da irəli gedəcəyik”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir