Modern.az

Binəqədidə sakinlərə dəhşət yaşadılır - FOTOLAR  

Binəqədidə sakinlərə dəhşət yaşadılır - FOTOLAR   

3 İyul 2018, 17:23

Bakının Binəqədi rayonunun Biləcəri Bələdiyyəsinin yerləşdiyi ərazidə qoyulan zibil qutuları günlərlə boşaldılmır.

Modern.az-ın məlumatına görə, zibil qutularının günlərlə boşaldılmaması ətrafa üfunət yayır. Xüxsuilə yay günlərində zibil qutularının qoyulduğu ərazilərdən keçmək mümkün olmur.

Digər problem isə zibil qutularından çirkab suların axaraq xoşagəlməz mənzərə yaratması, hətta insanların sağlamlığını təhdid etməsidir. Həmin ərazidə yaşayan sakinlər istər-istəməz hər gün dəhşətli qoxunu ciyərlərinə çəkməyə məhkumdurlar.

Ancaq görünən odur ki, müvafiq orqanlar belə halların aradan qaldırılmasında maraqlı deyil...

Günün sonu olduğundan Biləcəri Bələdiyyəsindən suallarımıza cavab ala bilmədik. 

Aşağıdakı şəkillərdə zibil qutuları ilə bağlı məzərəyə şahid ola bilərsiniz...

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı