Modern.az

Biləcəri bələdiyyəsi söz verdi: “Zibil qutuları günün sonunadək boşaldılacaq”  

Biləcəri bələdiyyəsi söz verdi: “Zibil qutuları günün sonunadək boşaldılacaq”   

3 İyul 2018, 17:55

Bakının Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin yerləşdiyi ərazidə zibil qutularının  günlərlə boşaldılmaması sakinlərin ciddi narazılığına səbəb olub.

Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev problemlə əlaqədar Modern.az-a açıqlamasında bildirib ki, dünən texnikalarda problem olub:


“Ona görə də dünəndən bu günə qədər zibil qutularının təmizlənməsində müəyyən problemlər yaşanıb. Amma biz həmin zibil qutularının boşaldılması üçün müvafiq qurumlardan kömək istəmişik. Yaranmış problem bu gün ərzində tam olaraq aradan qaldırılacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər