Modern.az

Dünyaya uşaq gətirməyə qadir olan 60 min erməni qadını Türkiyəyə gedib

Dünyaya uşaq gətirməyə qadir olan 60 min erməni qadını Türkiyəyə gedib

Ölkə

3 Dekabr 2009, 15:45

Dekabrın 3-də Siyasi İnnovasiya və Texnologiya Mərkəzi (SİTM) noyabr ayında beynəlxalq və regional aləmdə baş verən ictimai-siyasi proseslərin ümumi yekunlarına dair mətbuat konfransı keçirib. Modern.az xəbər verir ki, hesabatı təqdim edən SİTM sədri Mübariz Əhmədoğlu əvvəlcə İran ətrafında cərəyan edən hadisələrdən danışıb.

Politoloq deyib ki, İranın Qum şəhərində uranın zənginləşdirilməsilə bağlı ikinci zavodun mövcudluğu haqda məlumatların yayılması və təsdiqlənməsi rəsmi Tehrana qarşı inamsızlığı daha da gücləndirdi: «MAQATE indiyə kimi İranın nüvə texnologiyaları ilə bağlı ABŞ-ın təzyiqini dəf etməyə nail olurdu. MAQATE İranla münasibətlərdə şübhə doğuracaq elementlərin olmadığıın sübut edə bilirdi. İran bu məsələdə MAQATE-ni çox ciddi arqumentdən məhrum etdi».

M.Əhmədoğlu ötən ay Ermənistanda baş verən hadisələrin təhlilinə daha geniş yer ayırıb. SİTM sədri Ermənistandakı ümumi vəziyyəti xarakterizə edərkən diqqəti bu ölkənin Rusiya ilə münasibətlərinin gərginləşməsinə çəkib: «Son bir ayda Ermənistan prezidenti S.Sərkisyanla Rusiya prezidenti D.Medvedyev iki dəfə eyni məkanda olsalar da, görüşməyiblər. Halbuki Ermənistan prezidentinin belə bir görüşə əlahiddə ehtiyacı vardı».

SİTM sədri Ermənistanda demoqrafik vəziyyətin getdikcə ağırlaşdığını bildirib. Onun sözlərinə görə, ermənilər sürətlə öz ölkələrini tərk edirlər: «Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan ölkəsinə qısa müddət ərzində 60 min erməni qadınının gəldiyini bildirdi. Burda söhbət dünyaya uşaq gətirmək imkanına malik olan gənc qadınlardan gedir. Son vaxtlar ikili vətəndaşlıq almaq istəyən ermənilərin sayı sürətlə artır. Bu isə onu göstərir ki, ermənilər gələcək perspektivlərini öz ölkələrində görmürlər. Ermənilərin bir ayağı Ermənistanda, digər ayağı isə ABŞ və Avropa ölkələrindədir. Bu isə Ermənistanda demoqrafik problemin gələcəkdə daha ciddi xarakter alacağını söyləməyə əsas verir».

Politoloq mətbuat konfransında ABŞ və Avropa İttifaqının ünvanına da kəskin ittihamlar səsləndirib: «Ermənistan ABŞ və Avropa İttifaqını Azərbaycan torpaqlarının işğalının davam etməsinə həmiştirakçı kimi cəlb edə bildi. Ciddi büdcə kəsiri ilə üzləşən Ermənistan Avropa İttifaqının ayırdığı 100 milyon avronu və ABŞ-ın «Minilliyin çağırışı» proqramı çərçivəsində ayırdığı 63 milyon dollarlıq vəsaiti hərbi xərclərə yönəltdi.  Halbuki, Ermənistanda sosial-iqtisadi vəziyyət o qədər ağırdır ki, hətta tələbələrin təqaüddən məhrum ediləcəyi gözlənilir. Seçim qarşısında qalan Ermənistan işğalçılıq siyasətini davam etdirməyi elm və təhsildən üstün tutdu”.

Sonda SİTM sədri daha vacib bir məqama da diqqəti yönəldib. M.Əhmədoğlu deyib ki, rəsmi Bakı Ermənistanın çox istinad etdiyi “Cənubi Osetiya sindromu”nu aradan qaldırmağa müvəffəq olub: “Ermənistan özünü inandırmağa çalışırdı ki, Azərbaycan işğal altında olan torpaqları azad etmək istəsə Rusiyanın ciddi təzyiqi ilə üzləşəcək. Halbuki, bu cür düşünmək  üçün heç bir əsas yoxdur.  Çünki, Rusiya Gürcüstana hücüm etməzdən əvvəl iki ölkə arasında diplomatik müharibə baş vermişdi.  Rəsmi Tibilisi Rusiyanın hədələrinə cavab olaraq, bu ölkəyə 59 dəfə nota vermişdi.  Amma Azərbaycanın müharibə bəyanatlarına ABŞ, Rusiya və Avropa dövlətlərindən heç bir mənfi reaksiya yoxdur.  Bir neçə gün əvvəl dövlət başçısı İlham Əliyev Goranboydan verdiyi sərt açıqlamalardan sonra Rusiyaya səfər etdi.  Rusiya prezidenti D.Medvedyev İlham Əliyevi aeroportda qarşıladı.  Halbui Rusiyanın təcrübəsində belə ənənə yoxdur ”.  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!