Modern.az

Prezident baş naziri ittiham edib

Prezident baş naziri ittiham edib

3 Dekabr 2009, 16:10

Ukrayna prezidenti Viktor Yuşşenko baş nazir Yuliya Timoşenkonu ittiham edir. Bu gün Kiyev yaxınlığındakı Vasilkovo taktiki aviasiya briqadasına baş çəkən prezident Timoşenkonu milli ordunu məhv etməkdə ittiham edib.  “Ria-novosti” agentliyinin xəbərinə görə, bu barədə dövlət başçısının mətbuat xidmətinin məlumatında bildirilir.  “Baş nazir Yuliya Timoşenkonun Ukrayna ordusuna münasibətdə təklif etdiyi siyasəti milli ordunun məhv edilməsinə yönələn siyasət kimi qiymətləndirmək olar”-,deyə Yuşşenko bəyan  edib.

 

O qeyd edib ki, 2009-cu ilin hərbi büdcəsinə 30 faiz əməl olunmayıb. Silahlı qüvvələrin maliyyələşdirilməsi isə ümumdaxili istehsalın cəmi 1 faizini təşkil edir.

 

Prezident bəyan edib ki, Nazirlər Kabinetinin bu cür siyasəti Ukraynanın milli maraqları əleyhinə yönəlib.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?