Rusiyanın NTV telekanalının efirində canlı yayımlanan “NTVçilər” verilişininin iki iştirakçısı arasında dava-dalaş baş verib. İş adamları Aleksandr Lebedev və Sergey Polonskinin sözləri çəpləşdiyindən birinci ikincinin sifətinə yumruq zərbəsi vurmaqla onu yerə yığıb.
Modern.az-ın məlumatına görə, Rusiyadakı maliyyə böhranına həsr olunan verilişdə bu iki milyarderin arasında baş vermiş insidentin videosu internetdə də yayılıb.