Modern.az

Rəsmi Bakı Kosovonun müstəqilliyini tanımır

Rəsmi Bakı Kosovonun müstəqilliyini tanımır

4 Dekabr 2009, 09:57

Beynəlxalq Haaqa Məhkəməsində Kosovonun müstəqilliyinin elan edilməsinin qanuniliyi ilə bağlı BMT Baş Məclisinin sorğusu əsasında dinləmələr keçirilib. Modern.az-ın “Ria-novosti” agentliyinə istinadən verdiyi məlumata görə, dinləmələrdə Azərbaycan və Belarus Serbiyanı dəstəkləyib.

 

Dinləmələr gedişində Azərbaycanın  BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev çıxış edib.

A.Mehdiyev bəyan edib ki, rəsmi Bakı bu məsələdə  Serbiyanın mövqeyini dəstəkləyir.  Səfir qeyd edib ki, dövlətin daxili qanunlarına zidd olaraq ayrıldığını elan etmiş ölkə müstəqil qəbul edilə bilməz.

 

Azərbaycanla yanaşı, Belarusun nümayəndəsi Yelena Qritsenko da Serbiyanı dəstəkləyib. Öz çıxışında Qritsenko qeyd edib ki, Kosovonun Serbiyadan ayrılmasının xeyrinə olaraq heç bir hüquqi arqument yoxdur. Onun sözlərinə görə, keçmiş Yuqoslaviyanın 1974-cü il Konstitusiyası ilə Kosovo geniş müxtariyyət və federal vahid  statusu alıb. O əlavə edib ki, BMT TŞ-nin 1244 saylı qətnaməsi Serbiyanın suverenliyini və ərazi bütövlüyünü təsdiq edir.

 

Dinləmələrdə 28 dövlətin nümayəndəsi  iştirak edir. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri dinləmələrə cəlb olunub. Çin, Rusiya  Serbiyanın mövqeyini dəstəkləyir. ABŞ, Fransa, Böyük Britaniya isə Kosovonun tərəfindədir. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?