Modern.az

Elektron poçt ünvanları tezliklə yoxa çıxacaq

Elektron poçt ünvanları tezliklə yoxa çıxacaq

4 Dekabr 2009, 10:02

İnternet şəbəkəsi istifadəçilərinin dinamikasını analiz edən ingilis alimlər belə nəticəyə gəliblər ki,  hamının öyrəşdiyi, məktublaşma üçün gündəlik istifadə etdiyi elektron poçt 10 ildən sonra yoxa çıxacaq.

Daily.com.ua saytının yazdığına görə, Kent Unversitetinin professoru Devid Seytlinin fikrincə, müvəfəqiyyətlə start götürmüş sosial şəbəkələr və Facebook, Tvitter kimi sürətli mesaj xidmətləri bir neşə ildən sonra  elektron poçt xidmətini internetin arxivinə göndərəcək. Belə ki, bu saytlar daha dəbdədir və elektron poçtdan fərqli olaraq istifadə üşün daha sürətlidir.

Seytlinin araşdırmalarına görə, 15-24 yaş arasında olan gənc nəsil hələki elektron poştdan istifadə edir. Amma informasiya mübadiləsi üçün  getdikcə tez-tez sosial şəbəkəyə daxil olur. “Elektron poçt xidməti 20 il ərzində indiki səviyyəsinə çatıb. Amma yox olması üçün iki dəfədən artıq vaxt lazım olacaq”-deyə professor bildirib.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir