Modern.az

Rauf Denktaş 2010-cu il prezident seçkilərində namizəd olmayacaq

Rauf Denktaş 2010-cu il  prezident seçkilərində namizəd olmayacaq

4 Dekabr 2009, 10:13

Şimali Kıprıs Türk Cümhuriyyətinin keçmiş prezidenti Rauf Denktaş 2010-cu ilin aprelində keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyəcək. Modern.az-ın Türkiyənin  “Zaman” internet nəşrinə istinadən yaydığı məlumata görə, bu barədə eks-prezident özü  açıqlama verib.  Denktaş qarşıdan gələn prezident seçkilərində mübarizənin Mehmet Əli Tələt və Dərviş Əroğlu arasında olacağını deyib.

 

“Bu vəzifə ömür boyu sürməz. Mən prezident səlahiyyətini gərək olandan da artıq həyata keçirdim. Arxamdda 20 yaşlı bir dövlət buraxdım”- deyə Denktaş bildirib.

 

 2010-cu il seçkilərində Mehmet Əli Tələtin namizəd olacağını deyən Denktaş yeni bir liderin prezident seçilməsi tərəfdarı olduğunu bildirib. “Arzum budur ki, yeni şəxs prezident seçilsin. Tələtin qarşısında Dərviş Əroğlu var. Amma Əroğlunun iqtisadi sıxıntıları var. Türkiyədən yardımlar gəlir, seçkilər yaxınlaşdıqca bu yardımlar gəlməkdə davam edəcək, ya yox, bunu görəcəyik”,-deyə eks prezident əlavə edib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi