Modern.az

Lal-karlar üçün mobil telefon

Lal-karlar üçün mobil telefon

4 Dekabr 2009, 11:23

ABŞ-ın Kornel Universitetinin proqramçıları kar insanlar üçün nəzərdə tutulmuş xüsusi mobil telefon modelini işləyib hazırlayıblar. Tərtibatçıların sözlərinə görə, yeni qurğunun köməyi ilə eşitmə qabiliyyəti pozulmuş insanlar digərləri kimi mobil telefondan istifadə edə biləcəklər.
Mobile ASL (American Sign Language) layihəsinə dörd ilə yaxındır ki start verilib. Proqram çərçivəsində işlənib hazırlanmış texnologiyanı dəstkləyən ilk mobil telefonlar isə ilin əvvəlində təqdim olunub. Texnologiyanın əsası olduqca sadədir – videokonfrans, lakin iri həcmli trafik tələb edən adi videokonfransdan fərqli olaraq buradakı trafik sıxılır, sistem isə yüksək dəqiqliklə yalnız abunəçinin jestlərini və dodaq hərəkətlərini təsvir edir.
Belə vəziyyətdə “həmsöhbətlər” bir-birlərini görür və başa düşəcəklər. Hazırda texnologiyanın tərtibatçıları qarşısında iki əsas problem durur: birincisi, mobil telefon ekranlarında kadrların yenilənmə tezliyi aşağıdır və jestlərin bir hissəsi bəzən itir, ikincisi isə videorejimdə işləyərkən telefonun enerjisi tez tükənir.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir