Modern.az

Meriyanın xaricdən gətirib Bakıda əkdiyi kollar niyə quruyur?

Meriyanın xaricdən gətirib Bakıda əkdiyi kollar niyə quruyur?

4 Dekabr 2009, 11:56

Bakıda tez-tez ağacəkmə kampaniyası keçirilir. Yaşıllığın salınması nə qədər yaxşı hal olsa da, əkilən ağac və kolların sonradan baxımsızlıq üzündən quruması bir o qədər pisdir. Son illər Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə  paytaxt yollarının kənarında xaricdən gətirilən bahalı dekorativ kollar və ağaclar əkilir. Amma üstündən heç bir il keçməmış, həmin bahalı bahalı kol və ağaclar saralıb-solur. Bakıdakı Mərkəzi Nəbatat Bağının baş aqronomu Asif Mehralıyev Modern.az-a bildirib ki, İtaliya, Belçika, Türkiyə, İran və digər ölkələrdən baha qiymətə alınıb gətirilən ağacların qurumasının səbəbi var. A.Mehralıyev həmin ağac və kolların qurumusanı Bakının iqlimi ilə əlaqələndirib. Onun sözlərinə görə, Mərkəzi Nəbatat Bağında yerli iqlimə uyğun olan müxtəlif dekorativ ağac və kollar yetişdirilir: “Belə olan halda ağac biznesi üşün niyə xaricə üz tuturlar, baş açmırıq”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir