Modern.az

Bakıda Oljas Suleymenovun yeni kitabı çıxdı

Bakıda Oljas Suleymenovun yeni kitabı çıxdı

22 Sentyabr 2011, 15:02

Tanınmış qazax şairi Oljas Suleymenovun yeni kitabı nəşr edilib. Kitabda müəllifin müxtəlif illərdə yazdığı şeirlər və elmi-publisistik yazılar toplanıb. “Kuman nəğməsi” adlanan bu kitab Mahmud Kaşqari adına Beynəlxalq Fond tərəfindən Azərbaycan Respublikası prezidentininin yanında QHT-lərə yardım Şurasının dəstəyi ilə nəşr edilib. Oljas Suleymenovun şeirləri Azərbaycan dilinə Elxan Zal Qaraxanlı və Akif Əhmədgil tərəfindən çevrilib. Millət vəkili Qənirə Paşayevanın və tanınmış şair Elxan Zal Qaraxanlının birgə layihəsi olan “İrs” seriyası sırasında buraxılan və Xalq yazıçısı Anarın ön sözü ilə başlayan “Kuman nəğməsi” kitabı O.Suleymenovun Azərbaycanda nəşr edilən ən irihəcmli kitabıdır .

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir