Modern.az

Milli Məclis Əmək Məcəlləsinə və Ailə Məcəlləsinə dəyişiklik edib

Milli Məclis Əmək Məcəlləsinə və Ailə Məcəlləsinə dəyişiklik edib

4 Dekabr 2009, 14:12

Modern.az xəbər verir ki, dekabrın 4-də Milli Məclisdə Əmək Məcəlləsinə və Ailə Məcəlləsinə əlavə və dəyişikliklər qəbul edilib. Dəyişikliyə əsasən, bundan sonra 15 yaşı tamam olmayan uşaqların işə götürülməsi qadağandır və onları işə qəbul edənlər  məsuliyyətə cəlb olunacaqlar. Məsələyə münasibət bildirən deputat Fazil Qəzənfəroğlu deyib ki, əlavə və dəyişiklilərin bu formada qəbulu bir sıra çox ciddi problemlər yaradacaq: "Bu dəyişiklilər zəruri olsa da, elə formada qəbul edilməlidir ki, uşaqların peşə öyrənməsinə, gələcəkdə özlərinə iş yerləri tapmalarına, valideynlərdən müstəqil formada yaşamalarına problemlər yaratmasın”. Milli Məclisin I vitse-spiker Ziyafət Əsgərov bildirib ki, qanuna əlavə və dəyişikliklər qəbul olunduqdan sonra Prezident onun qüvvəyə minməsi haqda sərəncam imzalayacaq. Sərəncam imzalanan zaman Nazirlər Kabinetinə uşaqların işləməsi mümkün olan iş yerlərinin siyahısının hazırlanması tapşırılacaq. Deputat Qənirə Paşayeva deyib ki, əlavə və dəyişikliklərə əsasən, 15 yaşa çatmayan uşaqların işə cəlb olunmasına görə vəzifəli şəxslər cərmələnəcək. Amma bəzi işəgötürənlər çox kiçik vəsaitlər ödəyərək uşaqları əməyə cəlb edə bilərlər. "Mən qorxuram ki, sabah o uşaqlar əməyə cəlb olunması hesabına bəzi istismarlar ortaya çıxa bilər. Çox kiçik vəsaitlər ödəyərək uşaqları əməyə cəlb edə bilərlər. Ona görə də məcəllədə nəzərdə tutulan müddəaları həyata keçirəcək təşkilatlar ortaya çıxacaq subyektivlikləri aradan qaldırmaq üçün ciddi işləməlidirlər. Ən çox narahatlıq doğuran məsələlərdən biri də küçə uşaqları ilə bağlıdır. Bizim mübarizəmizin əsas məqsədi belə uşaqların əməyindən istifadə edənlərə qarşı olmalıdır".

Milli Məclisin bu günkü iclasında deputatlar eks-prezidentlərin statusu ilə bağlı qanunun qəbulunu da vacib sayıblar. Fazil Mustafa bildib ki, Konstitusiyaya edilən dəyişikliklərdən sonra eks-prezidentlərin statusunu müəyyən edən qanununun qəbulu həyata keçirilməlidir.

Deputat Zahid Oruc da "Eks-prezidentlərin statusu haqqında” qanunun qəbulunu vacib sayıb. Onun sözlərinə görə, həmin qanun qəbul olunmalı, ancaq eks-prezident Ayaz Mütəllibova şamil edilməməlidir: “Çünki onun barəsində cinayət işi qaldırılıb".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir