Modern.az

Prezident mətbuat katibini təltif edib  

Prezident mətbuat katibini təltif edib   

2 Avqust 2018, 15:08

Azərbaycan prezidenti İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif edilən şəxslər arasında Gənclər və İdman Nazirliyinin mətbuat katibi Samayə Məmmədova da var. Samayə Məmmədova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Həmçinin, Samayə Məmmədova Modern.az-a açıqlamasında prezidentin sərəncamından fəxr hissi keçirdiyini deyib.

 

“Cənab prezidentimiz dövlət qulluqçularını təltif edib. Təltif olunanlar arasında mən də varam. Ümumilikdə Gənclər və İdman nazirliyindən 5 nəfər dövlət qulluqçusu da fəxri adla təltif olunub.11 ildir ki, mətbuat katibi olaraq çalışdığım gənclər və idman nazirliyinin əldə etdiyim uğurlarda, təcrübəmdə rolu əvəzsizdir. Bir daha başda cənab prezidentimiz olmaqla, hər kəsə dərin təşəkkürümü bildirir, fəxri ad almış hər kəsi ürəkdən təbrik edirəm”

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir