Modern.az

Britaniya şahzadəsinin xanımı haqqında yeni xəbərlər yayıldı

Britaniya şahzadəsinin xanımı haqqında yeni xəbərlər yayıldı

23 Sentyabr 2011, 17:46


Aprel ayında Böyük Britaniya taxt-tacının varisi, şəhzadə Uilyamla evlənən Keyt Middleton saray qayda qanunlarını öyrənə bilmədiyi üçün “Şahzadə məktəbi”nə göndərilib. Modern.az saytının xarici mətbuata istinadən verdiyi xəbərə görə, Keyt mərhun qaynanası Diananın səhvlərinin təkrarlamaqdan ehtiyat etdiyi üçün belə bir təhsilə ehtiyac görüb.

Başqa bir mənbənin xəbərində isə göstərilir ki, Keytin müəllimi Dama Marçoriya şahzadənin xanımı haqqında heç də xoş olmayan fikirlər səsləndirib.
“Çox şirin qızdır, gülümsəməsi isə bir möcüzədir, amma hərəkətləri ölmuş sirk pişiyini xatırladır. Onu öyrətmək ən az iki ilimi alacaq” - müəllimim belə sözlər işlətdiyi iddia olunur.

K.Middletonun qaşıq-çəngəl istifadə edə bilmədiyi də deyilir. Məlumata görə Keyt indidən şahzadə xanımı olmaqdan bezib. Onun digər adi insanlar kimi yaşamaq istədiyi, ancaq şahzadə Uilyamın buna qarşı çıxdığı qeyd olunur.

Modern.az 
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı