Modern.az

Vüsalə Mahirqızı APA-nın aqibəti haqda açıqlama verdi: “Araşdırma aparılır”  

Vüsalə Mahirqızı APA-nın aqibəti haqda açıqlama verdi: “Araşdırma aparılır”   

3 Avqust 2018, 13:07

“APA Holding”in prezidenti Vüsalə Mahirqızı bu media quruluşuna daxil olan saytların bloklanması məsələsinə aydınlıq gətirib.

Modern.az-ın məlumatına görə V.Mahirqızı bu haqda açıqlamasında deyib ki, müəyyən problemlər yarandığına görə "APA Holding"ə daxil olan saytların fəaliyyəti şirkətin özü tərəfindən dayandırılıb:

Müəyyən problemlər yarandığına görə "APA Holding"ə daxil olan saytların fəaliyyəti şirkətin özü tərəfindən dayandırılıb. Araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək”.


Xatırladaq ki, "APA Holding"ə daxil olan saytların fəaliyyəti avqustun 1-də axşam saatlarında dayandırılıb. Nəticədə Apa.az, Lent.az, Vesti.az, APA.TV saytlarına giriş məhdudlaşıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir