Modern.az

Heydər Əliyev sarayında konsert verməyə hazırlaşan müğənnidən çağırış

Heydər Əliyev sarayında konsert verməyə hazırlaşan müğənnidən çağırış

26 Sentyabr 2011, 18:07

Estrada müğənnisi Murad Sadıx oktyabrın 3-də “Yaşayıram oxumaq üçün, oxuyuram yaşamaq üçün” adlı ilk solo konsert proqramı ilə çıxış edəcək. Bu barədə Modern.az-a məlumat verən müğənni bildirib ki, Heydər Əliyev adına Sarayda keçiriləcək konsertə səylə çalışır. M.Sadıx deyib ki, gərgin məşqlər möhtəşəm konsert üçün bir hazırlıqdır.

“Heydər Əliyev adına sarayın rəhbərliyinə təşəkkür edirəm ki, mənə konsert üçün belə bir şərait yaradıb. Konsertə ciddi hazırlaşıram”-deyən müğənni onun ifasını bəyənənləri konsertə iştirak etməyə çağırıb.

Müğənnini Rövşən Yusifovun rəhbərlik etdiyi “Hicaz” instrumental ansamblı müşayiət edəcək. Anadangəlmə əlil olan müğənni Murad Sadıx son vaxtlar kifayət qədər pərəstişkar toplaya bilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir