Modern.az

Qohumlarını işə götürən vəzifəli şəxslər necə cəzalandırılacaq?

Qohumlarını işə götürən vəzifəli şəxslər necə cəzalandırılacaq?

4 Dekabr 2009, 17:51

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Modern.az saytına açıqlamasında Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə Komissiyası tərəfindən “Vəzifəli şəxslərin fəaliyyətində maraqların toqquşması haqqında” qanun layihəsinın hazırlandığı barədə məlumat verib. Hüquqşünasın sözlərinə görə, bu sənəd Avropa Şurası və Amerika Ədliyyə Nazirliyinin ekspertləri tərəfindən rəy alıb. Ə.Nuriyev qeyd edib ki, həmin qanun layihəsi yaxın vaxtlarda parlamentə təqdim olunacaq. O, hesab edir ki, bu qanun qəbul edildikdən sonra dövlət orqanlarında yaxın qohumların birgə işləməsi ilə bağlı neqativ hallar aradan qalxa bilər.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov isə Modern.az saytına deyıb ki, hələlik parlamentə belə bir sənəd daxil olmayıb. Onun sözlərinə görə Milli Məclisin payız sessiyasında bu layihənin müzakirəsi gözlənilmir. Bununla belə deputat gələn il həmin sənədin Milli Məclisdə müzakirəsini istisna etməyib. 

Qeyd edək ki, “Maraqların toqquşması haqqında” qanunun qəbul edilməsi nəticəsində qohumların uyğun işlə təmin edilmək prosesləri ilə bağlı mexanizmlər işlənib hazırlana bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?